• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Netanyahunun sözçüsü və müşaviri həbs olundu

DÜNYA

31 Mart 2025 | 20:31

Netanyahunun sözçüsü və müşaviri həbs olundu

İsrailin baş naziri Binyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və müşaviri Conatan Uriç həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, Feldstein və Uriçin “Katargate” istintaqı çərçivəsində həbs edildiyi bildirilir.

    Həbs qərarı israilli iş adamı Gil Bilgerin Qətərdə işləyən ABŞ vətəndaşından pulu Netanyahunun sözçüsü Feldsteinə ötürməsinin üzə çıxmasından sonra verilib.

    Feldstein və Uriçin "xarici agentlə əlaqə" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunduqları bildirilir.

    İki həftə əvvəl istintaq çərçivəsində saxlanılaraq istintaqa cəlb edilən Uriç haqqında daha sonra həbs qətimkan tədbiri seçilib. Gizli sənədləri sızdırmaqda ittiham olunan Feldstein haqqında isə ev dustaqlığı ilə bağlı qərar qəbul olunub.

    Baş naziri Netanyahunun da baş prokuror Gali Baharav-Miaranın təsdiqi ilə ifadə verməyə çağırıldığı bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026