• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Braziliya pre-COP30-un tarixini açıqlayıb

DÜNYA

30 Aprel 2025 | 19:14 | Müəllif: Subhan Mahmudov

Braziliya pre-COP30-un tarixini açıqlayıb

İqlim konfransının ilkin iclası (pre-COP) oktybrın 13-14-də Braziliyada keçiriləcək.

Bakıvaxtı.az  COP30 Təşkilat Komitəsinə istinadən xəbər verir ki, görüşdə nazirlər və əsas iqlim müzakirəçiləri bir araya gələcək.

COP öncəsi ilkin görüşün əsas məqsədi noyabrın 10-dan 21-dək Belemdə keçiriləcək növbəti iqlim konfransının ən mühüm mövzuları üzrə ilkin razılaşmaların əldə edilməsi olacaq.

Oktyabr görüşündə 30-50 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Ənənəvi olaraq COP-a ev sahibliyi edəcək ölkənin əsas tədbirin başlamasına təxminən bir ay qalmış təşkil etdiyi görüş, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) müşahidəçiləri üçün açıq olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026