Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Bildirilib ki, tərəflər iyunun 2-də İstanbulda keçiriləcək Rusiya və Ukrayna arasında ikitərəfli danışıqların növbəti raunduna hazırlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, H.Fidan bu gün Ukraynada səfərdədir.