• Bakı 11° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

İsraildə Suriyaya zərbələr endirilməsinə hazırlıqlara başlanması əmr edilib

DÜNYA

30 Aprel 2025 | 19:00

İsraildə Suriyaya zərbələr endirilməsinə hazırlıqlara başlanması əmr edilib

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrail hərbçilərinə Suriyanın yeni hakimiyyət orqanlarına məxsus hədəfləri vurmağa hazırlaşmağı əmr edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Vəziyyəti qiymətləndirdikdən sonra Baş Qərargah rəisi Eyal Zamir druz icmalarına qarşı zorakılıq halları davam edərsə, İsrail ordusuna Suriya rejiminə məxsus hədəfləri vurmağa hazırlaşmağı tapşırıb”, - məlumatda bildirilir.

Ordudan qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü artıq dinc sakinlərə - druzlara hücum edən yaraqlıları Dəməşqin kənarında vurub.

Qurumdan bildirilib ki, İsrail ordusu bölgədəki hadisələri izləyir və İsrail qoşunları Suriya bölgəsini müdafiə etməyə hazırdır./Report


SON XƏBƏRLƏR

30 Aprel 2025