• Bakı 13° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

 İsrail PUA-ları Dəməşqin ətrafına ZƏRBƏ ENDİRİB

DÜNYA

30 Aprel 2025 | 21:24

 İsrail PUA-ları Dəməşqin ətrafına ZƏRBƏ ENDİRİB

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan və Dəməşqin cənub-qərb ətraflarında asayişin bərpası əməliyyatında iştirak edən təhlükəsizlik qüvvələrinin bölmələrinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya mənbələrinə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin PUA-ları təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə azı 5 zərbə endirib. Hücum Dəməşqdəki keçid hökumətinin Daxili İşlər Nazirliyinin rəsmilərin paytaxtın cənub-qərbindəki, druzların məskunlaşdığı Səhnayaya nəzarəti ələ keçirdiklərini və yerli silahlıları təqib etdiklərini açıqladıqdan sonra həyata keçirilib.

Dəməşqdəki tibbi mənbələr, gündüz saatlarında Səhnayada baş vermiş qarşıdurmalarda öldürülən təhlükəsizlik qüvvələrinin sayının 11-dən 16-ya yüksəldiyini bildirib. Üsyançıların itkiləri isə 6 nəfərə çatıb. İsrail PUA-larının zərbəsi nəticəsində 1 suriyalı təhlükəsizlik zabiti ölüb.

İsrail Müdafiə Qüvvələri Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın əmri ilə önləyici zərbə endirdiyini açıqlayıb./Report


SON XƏBƏRLƏR

30 Aprel 2025