• Bakı 12° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Ağcabədidə AĞIR QƏZA: iki hərbçi həlak oldu - VİDEO

HADİSƏ

30 Aprel 2025 | 23:23

Ağcabədidə AĞIR QƏZA: iki hərbçi həlak oldu - VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb. 

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. 

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


SON XƏBƏRLƏR

30 Aprel 2025