• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Qeyri-neft ixracında kənd təsərrüfatı və sənaye məhsulları üstünlük təşkil edib

İQTİSADİYYAT

30 Aprel 2025 | 15:08

Qeyri-neft ixracında kənd təsərrüfatı və sənaye məhsulları üstünlük təşkil edib

2025-ci ilin fevralında Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı və sənaye məhsulları üstünlük təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, 2025-ci ilin fevral ayında Azərbaycanın qeyri-neft ixracının əsas hissəsini kənd təsərrüfatı və sənaye məhsulları təşkil edib.

Hesabat dövründə ən çox ixrac edilən qeyri-neft məhsulları sırasında tomat (pomidor) 12 milyon ABŞ dolları dəyərində göstərici ilə ön sıralarda yer alıb. Xurma ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 9,3 milyon dollardan 11,2 milyon dollara yüksəlib.

Sənaye məhsulları arasında ilkin formalı propilen sopolimerləri 10,3 milyon dollar məbləğində ixrac olunub. Qeyd edək ki, bu göstərici ötən ilin fevralında 13,2 milyon dollar idi və bu il azalma müşahidə edilib.

Bundan əlavə, alüminium ərintilərindən düzbucaqlı plitələr də 13,4 milyon dollarlıq ixrac həcmi ilə qeyri-neft məhsulları arasında diqqət çəkib.

Əli Hüseynov


SON XƏBƏRLƏR