• Bakı 12° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Özbəkistan Senatı Azərbaycanla bağlı müqaviləni ratifikasiya etdi

SİYASƏT

30 Aprel 2025 | 17:31

Özbəkistan Senatı Azərbaycanla bağlı müqaviləni ratifikasiya etdi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report Özbəkistan Senatına istinadən xəbər verir.

Senatın altıncı plenar iclasında 23 avqust 2024-cü il tarixində Daşkənddə imzalanmış "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin ratifikasiyası haqqında" qanuna baxılıb.

Müqavilədə həmçinin tərəflərin bir-birinə qarşı yönəlmiş hər hansı blok və ya ittifaqlarda iştirak etməmək əks olunub. İki dövlət arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə zərər vuran hər hansı hərəkətlərdə iştirakdan çəkinmək kimi öhdəliklər də müəyyən edilib.

Müqavilənin ratifikasiyası iki ölkə arasında qarşılıqlı etimadın, dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

Bundan əlavə, sənəd siyasi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı, yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.


SON XƏBƏRLƏR