• Bakı 12° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

"Azpulmat"a borcu olanların NƏZƏRİNƏ! - 1 manat da...

İQTİSADİYYAT

30 Aprel 2025 | 16:28

Azpulmata borcu olanların NƏZƏRİNƏ! - 1 manat da...

“Azpulmat”a borcu olan şəxslərin sözlərinə görə, mütləq deyil ki, qeyd olunan müddətədək bütün borcu ödəsinlər. Hətta həmin vaxtda 1 manat da ödəmiş olsalar, borcları azalır. Ümumiyyətlə, “Azpulmat” kredit təşkilatında borcun üzərinə heç bir faiz də gəlmir. Maraqlıdır ki, normal banklarda ödəniş müddəti keçdikdə və məbləğ tam ödənilmədikdə, həmin məbləğə faiz əlavə olunur və banklar bununla qazanc əldə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı “Azpulmat”ın Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təşkilat müddətin uzadılmasını qazanc məqsədilə deyil, sırf müştəriyə dəstək olmaq üçün edilir:

“Elə hallar ola bilər ki, müştəri həmin vaxtda məbləği tam ödəyib bağlaya bilməsin. Bu zaman müştərinin adı gecikməyə düşməsin, yəni gecikmə günləri yaranmasın deyə biz müddət uzatmasını belə tətbiq etmişik. Bu, sırf müştərilərə dəstək məqsədi daşıyır və burada heç bir qazanc məqsədi yoxdur”.


SON XƏBƏRLƏR