• Bakı 12° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

AMB: "Ölkədə 184 enerji dolum mərkəzi fəaliyyət göstərir"

İQTİSADİYYAT

30 Aprel 2025 | 15:55

AMB: Ölkədə 184 enerji dolum mərkəzi fəaliyyət göstərir

Hazırda ölkə üzrə ümumi enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilib.

Məlumata görə, ötən il 160 yeni elektrik avtobusu alınıb.

Həmçinin yeni elektromobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı 3,3 %, yeni hibrid avtomobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı isə 29 % təşkil edib.

“Azərbaycan yaşıl iqtisadiyyata keçid çərçivəsində nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlılığının artırılması məqsədilə mühüm investisiyalar həyata keçirməkdədir. Karbon emissiyalarının azaldılması və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılması üçün ictimai nəqliyyatda elektrik mühərrikli avtobusların tətbiqi genişləndirilib, elektrik dolum mərkəzlərinin sayı artırılıb və velosiped yollarının inşası həyata keçirilib.”- AMB bəyan edib


SON XƏBƏRLƏR