Rusiya ordusu hələ də Kursk vilayətinin bütün ərazisinə nəzarət etmir, orada Ukrayna Silahlı Qüvvələrinin mövcudluğu qalmaqdadır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.
“Düşməni Kursk vilayətindən çıxardıq, amma hələ də orada bəzi qalıqlar gizli yerlərdə, zirzəmilərdə gizləniblər. Nə dediklərini eşidirik, təxliyə olunmalarını istəyirlər, amma indi detallara varmayacağam”, – deyə o bildirib.