Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, son üç ildə daha çox Kremldə gecələməli olub.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya lideri bunu “Rusiya. Kreml. Putin. 25 il” sənədli filminə müsahibəsində bildirib.
Sənədli kadrlarda Putin və VGTRK-nın jurnalisti Pavel Zarubinin Kremldəki mənzilə birlikdə daxil olduqları görünür.
Jurnalist prezidentdən soruşub: “Deməli, siz tez-tez burada gecələyirsiniz?”
Putin suala cavab olaraq deyib: "Bəli. Son üç ildə, əsasən burada gecələməli oluram".
Pəncərənin yanındakı ağ pianinonu göstərərək jurnalist prezidentdən ifa etməyə vaxtının olub-olmadığını soruşub.
“Çox nadir hallarda” - deyə, Rusiya lideri jurnalistə cavab verib.
Putin daha sonra Zarubinə kitabxananı, iki yataq otağını və “ev kilsəsini” göstərib./Teleqraf.com