• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı - FOTO

DÜNYA

30 Aprel 2025 | 15:30

Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı - FOTO

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki,1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

Qeyd edək ki V.Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.


SON XƏBƏRLƏR