• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

“Bütün pulumu “Beşiktaş”ın oyunlarında uduzdum” - Məhkəmə

HADİSƏ

30 Aprel 2025 | 13:50

“Bütün pulumu “Beşiktaş”ın oyunlarında uduzdum” - Məhkəmə

Bakıda usta məişət avadanlıqlarını ucuz qiymətə satacağı vədi ilə üç nəfəri aldadaraq 10 min manat pulu ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 41 yaşlı Aslan Məmmədov zərərçəkmiş şəxslərə ucuz qiymətə məişət texnikası satacağını söz versə də, pulu aldıqdan sonra vədinə əməl etməyib. Aldadılanlar polisə müraciət etdikdən sonra o, həbs olunub.

Məhkəmədə ifadə verən Aslan Məmmədov mərc oyunlarına aludəçiliyi səbəbindən cinayət törətdiyini deyib:

“Aludəçi olandan sonra bu hadisələr baş verdi. Bütün pulumu “Beşiktaş”ın oyunlarında uduzdum. Hər həftə bu komandanın oyunlarına pul qoydum, amma heç vaxt qazana bilmədim. Əməlimdən peşmanam. Artıq zərərçəkmişlərlə barışmışam, nəzərə alınmasını xahiş edirəm”.

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin ailə üzvləri zərərçəkmişlərə dəymiş maddi ziyanı, həmçinin  dövlət rüsumunu tam ödəyib.

Hökmə əsasən, Aslan Məmmədovun cinayət işinə xitam verilib, məhkəmə zalından azadlığa buraxılıb.


SON XƏBƏRLƏR