• Bakı 13° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

CƏMİYYƏT

30 Aprel 2025 | 12:39

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

May ayının ilk gününə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 9-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.  


SON XƏBƏRLƏR