• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb

CƏMİYYƏT

30 Aprel 2025 | 14:27 | Müəllif: Əli Hüseynov

Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb

2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Mədəniyyət Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, 320 hektar ərazini əhatə edən layihədə 1 323 yaşayış evi və 799 iş yeri daxil olmaqla cəmi 2 122 tikili inşa edilib.

Layihə çərçivəsində zəlzələdə ciddi ziyan çəkən Sezai Karakoç İbtidai məktəbinin yerində Heydər Əliyev İbtidai məktəbi tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, kitabxana, idman zalı və emalatxanalar da var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026