• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsi ilə görüşüb

SİYASƏT

30 Aprel 2025 | 14:34

Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfər çərçivəsində Küveytdə bu ölkənin Vəliəhd Şeyxi Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN "X" sosial media platformasında paylaşım edib.

Görüş zamanı Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər xüsusilə iqtisadi inkişaf, ticarət, investisiya, enerji təhlükəsizliyi və turizm kimi sahələrdə mövcud potensialdan tam istifadə olunmasının vacibliyini vurğulayıblar.

Eyni zamanda, bu əlaqələrin dərinləşməsində Əməkdaşlıq üzrə Birgə Komissiyanın önəmli rol oynadığı qeyd edilib.

Nazir həmçinin Cənubi Qafqaz regionunda baş verən proseslər, xüsusilə Azərbaycanın münaqişədən sonrakı bərpa və sülh təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR