• Bakı 13° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Azərbaycanda avtomobil kreditləri bahalaşdı

İQTİSADİYYAT

30 Aprel 2025 | 12:00

Azərbaycanda avtomobil kreditləri bahalaşdı

Bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir.

Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % yalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib.

I rübündə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin sonundakı göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 25 %-ə düşüb.

Digər istehlak kreditləri üzrə orta faiz isə 2024-cü ilin dekabrındakı göstərici ilə müqayisədə 1 faiz bəndi artaraq 21 %-ə çatıb.


SON XƏBƏRLƏR