• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Pezeşkianın Bakı səfəri: Nəticələrin bir çox dövlətlərə də təsiri olacaq - AÇIQLAMA

SİYASƏT

30 Aprel 2025 | 16:20

Pezeşkianın Bakı səfəri: Nəticələrin bir çox dövlətlərə də təsiri olacaq - AÇIQLAMA

"İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri olduqca aktual məsələdir. Söhbət İran-Azərbaycan münasibətlərindən, Cənubi Qafqazda və region ətrafında baş verənlərdən gedir".

Bu sözləri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Məsud Pezeşkianın səfərinin və Bakı-Tehran münasibətlərinin nəticələri nəinki regiona, bölgədən kənar bir çox dövlətlərə də təsirləri olacaq.

Onun sözlərinə görə, Tehran və Bakı arasında münasibətlər 2020-ci ildən sonra o qədər də yaxşı olmayıb. Reallıq ondan ibarətdir ki, İran Azərbaycanın yeni prioritetləri, yeni hədəfləri və yeni yaratdığı reallığı qəbul etmək niyyətində deyildi:

“Bu yanaşma İranın siyasi və dini hakimiyyətin müxtəlif üzvləri tərəfindən qeyd olunurdu. Amma Məsud Pezeşkian bir qədər fərqli siyasətçidir. Görünən odur ki, Pezeşkian Azərbaycan və İran arasında suların durulması üçün addım atmaq niyyətindədir. Ona görə də Bakıya səfər etmək qərarına gəldi. Onun AzTV-yə müsahibəsində bir çox maraqlı faktlara toxunması, Zəngəzur dəhlizindən, Azərbaycan-Ermənistan sərhəd məsələlərindən danışması, öz mövqeyini nümayiş etdirməsi onu göstərir ki, bu səfərdən sonra münasibətlərdə tərəflərin hansı prinsiplər üzərindən hərəkət edəcəyi aydınlaşacaq”.

Zaur Məmmədov: Pezeşkian Azərbaycan və İran arasında suların durulması üçün addım atmaq niyyətindədir

“İran prezidentinin böyük heyətlə Azərbaycana gəlməsi də göstərir ki, səfər siyasi-iqtisadi xarakter daşıyır. Bu da əlaqələrin sistemli, kompleks və çoxtərəfli əməkdaşlığa hesablandığını göstərir", - deyə Zaur Məmmədov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR