• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

DİN-dən uşaq qaçırılması xəbərləri ilə bağlı AÇIQLAMA! - VİDEO

CƏMİYYƏT

30 Aprel 2025 | 13:25

DİN-dən uşaq qaçırılması xəbərləri ilə bağlı AÇIQLAMA! - VİDEO

Son günlərdə sosial şəbəkələrdə Bakıda müxtəlif məktəblərin ətrafında təhlükəli adamların müşahidə edilməsinə dair iddialar yenidən artıb.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusilə valideyn qruplarında naməlum şəxsin azyaşlıları qaçırması və ya əxlaqa uyğun olmayan təkliflər etməsi barəsində səs yazıları yayılır.

Hətta çadralı şəxsin üzünün görünmədiyi video da paylaşılaraq bu şəxsin əslində kişi olduğu və uşaqları oğurladığı iddia edilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, uşaq qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, polis orqanlarına bununla bağlı hər hansı kriminal tərkibli məlumat daxil olmayıb: “Vətəndaşlara tövsiyə edirik, diqqətli olsunlar, əsası olmayan belə məlumatları paylaşmasınlar. Bütün iddialar üzrə araşdırmalar aparılıb. Belə bir fakt yoxdur, qeydə alınmayıb”.


SON XƏBƏRLƏR