• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Bu üsullarla tər qoxusunu həyatınızdan çıxarın

CƏMİYYƏT

30 Aprel 2025 | 15:50

Bu üsullarla tər qoxusunu həyatınızdan çıxarın

Tərləmək isti günlərdə insanların qarşılaşdığı ən narahat edici problemlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, tər qoxusundan xilas olmaq üçün dezodorantdan istifadə etmək, qoxunu tamamilə basdırmağa kifayət etmir.

Sözügedən problemdən xilas olmaq üçün bəzi təbii üsulları təqdim edirik:

Limon suyu: Limonun tərkibindəki təbii turşu qoltuqaltı nahiyədə bakteriya böyüməsinin qarşısını alaraq tər qoxusundan qorunmağa kömək edir. Bu üsulu tətbiq etmək üçün pambıq köməyi ilə qoltuqaltı nahiyəyə təzə limon suyu çəkə bilərsiniz. Həssas dəriyə tətbiq edərkən, qıcıqlanma riskinin qarşısını almaq üçün diqqətli olmaq lazımdır.

Aloe vera: Aloe vera bitkisinin təbii geli antibakterial və iltihab əleyhinə təsirə malikdir. Bu, qoltuq altında tər əmələ gəlməsinin qarşısını alır. Nazik təbəqə ilə aloe vera geli çəkib, nahiyəni yumadan 30 dəqiqə gözləyə bilərsiniz. Bu üsulun müntəzəm istifadəsi tər qoxusunu həyatınızdan çıxarmağa kömək edir.

Alma sirkəsi: Başqa bir antibakterial təsirə malik olan alma sirkəsinin turşu quruluşuna görə həssas dərilərə istifadəsi tövsiyə edilmir. Normal dəri tipləri üçün pambıq köməyi ilə qoltuqaltılarınıza alma sirkəsi çəkmək kifayətdir. Bu şəkildə tər qoxusundan xilas ola bilərsiniz.

Kokos yağı: Kokos yağı təbii antibakterialdır. Qolaltı nahiyəsinə nazik təbəqə çəkərək istifadə etmək həm dəri tonunu bərabərləşdirir, həm də tər qoxusunu yox edir. Gecə yatmazdan əvvəl bu üsulu tətbiq etmək kifayətdir.

Mina Mikayılova


SON XƏBƏRLƏR