• Bakı 11° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Rafiz İsmayılov VƏFAT ETDİ

CƏMİYYƏT

30 Aprel 2025 | 22:20

Rafiz İsmayılov VƏFAT ETDİ

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.

Rafiz İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R. İsmayılov bir neçə kitabin da tərtibatçı — rəssamıdır.


SON XƏBƏRLƏR

30 Aprel 2025