Bakı şəhəri Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) hərəkətin təşkilində dəyişiklik edilib.
Bakıvaxtı.az xəbər verir ki, AYNA-nın etdiyi dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib. Beləliklə, “Gənclik Mall”un parkinqinə daxil olmaq istəyən minik avtomobillərinin avtobus zolağını zəbt etməsinin qarşısı alınıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına stadionun qarşısındakı HUB-dan Fətəli Xan Xoyski küçəsinə çıxan avtobuslar bu ərazidə avtomobillərin dayanması səbəbindən çətinliklə qarşılaşır və tıxacda vaxt itirməyə məcbur olurdu.
Daha ətraflı süjetdə: