Rusiya və Ukrayna arasında sülh prosesini zəhərləmək istəyənlərə heç bir fürsət vermədən bu münaqişəyə son qoymaq üçün səmimi istək olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, Ukrayna böhranının sülh yolu ilə həlli prosesində mümkün təxribatlar ola biləcəyi barədə xəbərdarlığında qeyd edib:
"Biz zaman-zaman, hətta gərginlik anlarında belə, tərəfləri sülh danışıqları üçün masa arxasında bir araya gətirə bildik. Və belə məqamlar mümkün təxribatlar və müdaxilələr üçün açıqdır”.