Qızılın qiyməti 30 yanvar, cümə axşamı günü tarixi maksimuma yüksələrək ilk dəfə bir troy unsiyası üçün 2850 dolları keçib.
Bakıvaxtı.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Comex birjasında aprel fyuçersləri 1,89% (56,96 dollar) bahalaşaraq 2850,46 dollar səviyyəsinə çatıb.
Bundan əvvəl Bloomberg, UBS-in proqnozuna istinadən, 2025-ci ilin sonuna qədər qızılın qiymətinin 2900 dollaradək yüksələ biləcəyini yazmışdı./trend