İspaniyanın "Real" klubu yayda futbolçusu Antonio Rüdiger ilə müqavilənin müddətini uzada bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Almaniya millisinin üzvü hələlik Madrid təmsilçisindən ayrılmağı düşünmür. 31 yaşlı müdafiəçinin yeni sözləşməsinin 2027 və ya 2028-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir.
Qeyd edək ki, 2022-ci ildə "kral klubu"na keçən oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.