• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanın Əməkdar artisti öldü 

MƏDƏNİYYƏT

31 Dekabr 2024 | 17:25 | Müəllif: Əli Hüseynov

Azərbaycanın Əməkdar artisti öldü

"Hicran" tamaşasının Orxanı, Əməkdar artist Bəhram Əliyev vəfat edib.

Bakıvaxtı.az milli.az-a istinadla bildirir ki, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olub.
1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır. / baku.ws


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR