• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Türkdilli ölkələrin yeni layihəsi: Apreldə Bakıda...

MƏDƏNİYYƏT

30 Yanvar 2025 | 12:38

Türkdilli ölkələrin yeni layihəsi: Apreldə Bakıda...

Azərbaycan TÜRKSOY-un təşkilatçılığı ilə yeni layihəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ramilə Qurbanlı özünün "Facebook" hesabında məlumat verib.

Məlumata görə, 6 türkdilli ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın qatıldığı “Molla Nəsrəddin-çətin günlərimin dostu” adlı filmin çəkilişləri artıq başlayıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayevdir.

Qeyd edib ki, Bakıdakı çəkilişlər aprelə planlaşdırılıb.

Qırğızıstanda çəkilişlər həyata keçirilib. Növbəti çəkilişlər Türkiyədə, Qazaxıstanda və Özbəkistanda planlaşdırılır.

Nəzərə çatdırılıb ki, təşəbbüs Azərbaycandan irəli sürülüb. Bu layihənin mahiyyətində türkdilli ölkələri ortaq mədəniyyətləri vasitəsi ilə bir araya gətirmək, yəni birlik ideyası dayanır.

Bəs Azərbaycanda çəkilişlər nə vaxt olacaq?- sualına Vaqif Mustafayev cavab verib ki, “Azərbaycanfilm” kinostudiyanın böyük pavilyonu hal-hazırda məşğuldur, boşaldılmasını gözləyirik:

“Yarım il əvvəl çəkilişlərə başlamışıq. Azərbaycandakı çəkilişlər aprel ayına planlaşdırılıb. Çünki həmin vaxta pavilyonun boşaldılacağı gözlənilir, hələlik ora arendaya götürülüb və dekorlar qurulub çəkiliş gedir. Biz xaricdən dekorçuları martın sonlarına dəvət etmişik, onlar dekorasiyanı quracaqlar və apreldə filmin çəkilişlərini Azərbaycanda davam etdirəcəyik”.


SON XƏBƏRLƏR