• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Həkim-infeksionist: 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb

CƏMİYYƏT

31 Dekabr 2024 | 12:44

Həkim-infeksionist: 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb

Cari ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bu barədə 'Report'a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov danışıb.

O, hazırda dekabr ayının sonu olmasına baxmayaraq, fəsli qripin kəskin artımının müşahidə olunmadığını diqqətə çatdırıb:

"Ayrı-ayrı illərdə qrip virusunun müxtəlif ştamları ortaya çıxır. Onlar da bir-birindən müəyyən qədər fərqlənir. Bundan başqa, digər respirator virusların təxminən 200 növü var. Növlər müəyyən zamanlarda bir-birini əvəz edir. Lakin bunlar yeni yayılmış viruslar deyil. 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb. Bildiyimiz kimi, dekabr, yanvar, fevral qripin yayılması üçün münbit şəraitin olduğu aylardır. Hazırda dekabr ayının sonları olmasına baxmayaraq, fəsli qripin kəskin artımını müşahidə etmirik. Ola bilsin ki, bir müddət sonra virus baş qaldırar. Lakin ötən illərlə müqayisədə bu il hələ ki sözügedən artım müşahidə olunmur".


SON XƏBƏRLƏR

03 Yanvar 2025