• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Nazir: Səhiyyə sahəsinə yanaşma kompleks şəkildə olmalıdır

CƏMİYYƏT

30 Yanvar 2025 | 11:26

Nazir: Səhiyyə sahəsinə yanaşma kompleks şəkildə olmalıdır

Səhiyyə sahəsinə yanaşma kompleks şəkildə olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.

Nazir qeyd edib ki, səhiyyəyə ayrılan vəsait son 20 ildə 30 dəfə artırılıb:

“İnşa edilən və ya yenidən qurulan 700-ə yaxın xəstəxananın 70 faizi bölgələrdə yerləşir. Qan xəstəlikləri ilə mübarizə sahəsində ciddi nailiyyətlər əldə olunub”.

Teymur Musayevin sözlərinə görə, ölkədə icbari tibbi sığorta sistemi uğurla icra edilir:

“Bu günə qədər 3 min 315 tibb xidmət Xidmətlər Zərfinə daxil edilib. İcbari tibbi sığortanın tətbiqindən sonra ölkədə cərrahi əməliyyatların sayı 89 faiz artıb. Hazırda müzakirə olunması vacib məsələlərdən biri ilkin tibbi sanitariya yardımı haqqındadır. İnanıram ki, yaxın müddətdə ilkin tibbi sanitariya yardımı xidmətini hazırlayıb, əhalinin istifadəsinə verəcəyik”.


SON XƏBƏRLƏR