• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kavelaşvili Tbilisidəki prezident sarayında işə başlayıb

DÜNYA

31 Dekabr 2024 | 22:15 | Müəllif: Subhan Mahmudov

Kavelaşvili Tbilisidəki prezident sarayında işə başlayıb

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Tbilisidə, sələfi Salome Zurabişvilinin əvvəllər işlədiyi Orbeliani meydanındakı prezident sarayında işə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Kanal qeyd edib ki, Kavelaşvili vətəndaşlara yeni il müraciəti etməyi hazırlaşır.

Dekabrın 29-da səlahiyyət müddəti başa çatan Zurabişvili dəfələrlə bəyan edib ki, o, legitim prezidentdir və səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, prezident olaraq qalmaqda davam edəcək.

Gürcüstanda bəzi müxalifət siyasətçiləri Zurabişvilini sarayı tərk etməməyə çağırıblar. Lakin Kavelaşvilinin andiçmə mərasimi günü o, Orbelianidəki iqamətgahı tərk edəcəyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026