• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ölkədə Yeni il şənlikləri ləğv olundu

DÜNYA

31 Dekabr 2024 | 18:00 | Müəllif: Əli Hüseynov

Bu ölkədə Yeni il şənlikləri ləğv olundu

Edinburqda şotlandların Hoqmaney Yeni il bayramı üçün təşkil edilən küçə şənlikləri qasırğa xəbərdarlığına görə ləğv edilib. Həmçinin, Londonda da Yeni il atəşfəşanlığı güclü külək (sürəti 18 m/s-dən çox) səbəbindən baş tutmaya bilər.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Böyük Britaniyanın meteorologiya xidməti tərəfindən verilən güclü külək, yağış və qarla bağlı xəbərdarlıq yanvarın 2-dək qüvvədə qalacaq. Şotlandiyada külək ən güclü həddinə çata bilər. Dekabrın 31-də hava şəraiti ən sərt həddə olacaq və xəbərdarlıq İngiltərənin şimalının böyük hissələrinə, eləcə də Uelsin bir hissəsinə şamil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026