Çin alimlərinin Vuhanda "viral pnevmoniya" riski barədə dünyaya ilk dəfə xəbərdarlıq etməsindən beş il keçib.
Bakıvaxtı.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı nəhayət Vuhandakı Virusologiya İnstitutundan virusun mənşəyi haqqında məlumat paylaşmasını istəyib.
ÜST-nin bəyanatında deyilir: "Biz COVID-19-un mənşəyini başa düşmək üçün Çini məlumatI paylaşmağa çağırırıq. Bu, mənəvi və elmi vacib şərtdir".
COVID-19 bütün dünyada yeddi milyondan çox insanın həyatına son qoyub, iqtisadiyyatları dağıdıb və səhiyyə sistemlərini iflic edib.
“Şəffaflıq, ölkələr arasında paylaşma və əməkdaşlıq olmadan dünya gələcək epidemiyaların və pandemiyaların qarşısını ala və onlara hazırlaşa bilməz”, - ÜST bildirib.