• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Azərbaycan Fransaya investisiya qoyuluşunu 11 %-ə yaxın azaldıb

İQTİSADİYYAT

31 Dekabr 2024 | 13:30

Azərbaycan Fransaya investisiya qoyuluşunu 11 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Fransa Azərbaycan iqtisadiyyatına 91,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,8 dəfə çoxdur.

Hesabat dövründə Fransanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % olub.

9 ay ərzində Azərbaycan isə Fransa iqtisadiyyatına 16,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,8 % azdır.

Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,2 % təşkil edib.


SON XƏBƏRLƏR

03 Yanvar 2025