• Bakı 23° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Rusiya neftinin Aİ ərazisində saxlanması qadağan oluna bilər

İQTİSADİYYAT

29 Yanvar 2025 | 14:05

Rusiya neftinin Aİ ərazisində saxlanması qadağan oluna bilər

Avropa İttifaqı ölkələri Rusiya neftinin ittifaq ərazisində müvəqqəti saxlanmasına qadağa qoyulması imkanını müzakirə edir.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Aİ Rusiyadan gələn neftin blokun ərazisində müvəqqəti saxlanmasını qadağan edən təklif irəli sürüb.

Bundan başqa, Avropa İttifaqı Rusiyanın nəzarəti altında olan təyyarələrin, silahların və qadağan olunmuş hissələrin ötürülməsi üçün istifadə olunan Rusiya hava limanlarında aparılan əməliyyatlara da məhdudiyyətlər qoymağı planlaşdırır. 

Qeyd olunub ki, Avropa İttifaqı Ukraynada münaqişənin başlamasının üçüncü ildönümü ərəfəsində hazırlanan növbəti sanksiyalar paketinə Rusiyadan alüminium idxalına mərhələli qadağa qoya bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Sentyabr 2025