Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Alena Xarçenkonun çıxış etdikləri Rumıniyanın “Alba” klubu baş məşqçisi ilə yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, italiyalı mütəxəssis Marko Musso komandadan ayrılıb.
Vakant vəzifəyə kimin gələcəyi yaxın vaxtlarda bəlli olacaq.
"Alba" müntəzəm çempionatda lider "Dinamo"dan 3 xal geri qalaraq 3-cü yerdədir.