• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Prezident Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi

SİYASƏT

01 Yanvar 2025 | 00:02

Prezident Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi

Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Azərbaycanın bu məsələ ilə bağlı, sadəcə olaraq, tamaşaçı rolunda olmayacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz otuzillik işğalı, dağıntıları, Xocalı soyqırımını heç vaxt unutmayacağıq. “Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər”, - deyən Prezident əlavə edib ki, Ermənistan bizimlə heç bir sahədə rəqabət aparmaq iqtidarında deyil.

 


SON XƏBƏRLƏR

03 Yanvar 2025