Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.
“Ramşteyn” Hərbi Hava Bazasının ictimaiyyətlə əlaqələr idarəsindən qeyd edilib ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasına Pentaqonun rəhbəri Lloyd Ostin sədrlik edəcək.
Görüş canlı fiziki iştirakla baş tutacaq. Bu, Təmas Qrupunun 25-ci iclası olacaq.