• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Türkiyədə 100-ə yaxın hotel BAĞLANDI

DÜNYA

02 Fevral 2025 | 16:53

Türkiyədə 100-ə yaxın hotel BAĞLANDI

Türkiyənin Aralıq dənizi sahillərində yerləşən Muğla vilayətində tənzimləyici orqanların yoxlamalarından sonra 100-ə yaxın hotel qanun pozuntularına görə bağlanıb və möhürlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli hökumət orqanlarına istinadən NTV telekanalı məlumat yayıb.

Məlumata görə, 503 mehmanxana və qonaqlama obyektinə baxış keçirilib, onlardan 95-i qanun pozuntularına görə bağlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər möhürlənib, 392-si fəaliyyətini davam etdirib.

Qeyd edək ki, Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Turizm Nazirliyinin yaydığı qərar əsasında Türkiyə hotellərində yoxlamalar aparılır.


SON XƏBƏRLƏR

02 Fevral 2025