• Bakı C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək

DÜNYA

04 Mart 2025 | 14:47

KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək

Misirin hazırladığı plana əsasən, Fələstinin Qəzza zolağının bərpası 38 milyard dollara başa gələcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Qahirədə keçirilən sammitdə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin liderlərinin müzakirə edəcəyi gözlənilən sənədə istinadən məlumat yayıb.

"Qəzza zolağının bərpa planında 38 milyard dollar məbləğində vəsaitin ayrılması nəzərdə tutulur ki, bunun da böyük hissəsi yaşayış sahələrinin yenidən qurulmasına yönəldiləcək", - məlumatda bildirilib.

Layihəyə əsasən, bərpa prosesi iki mərhələdə həyata keçiriləcək: "birinci mərhələ iki il, ikinci mərhələ isə iki il yarım davam edəcək". Plan Fələstin anklavının bir neçə şəhərində yenidənqurma dövründə müvəqqəti yaşayış yerlərinin təmin edilməsini nəzərdə tutur.

Qəzzanın gələcəkdə idarə edilməsinə gəlincə, Misir altı ay ərzində bu funksiyanı öz üzərinə götürəcək müstəqil texnokratlar komitəsinin yaradılmasını təklif edir. Bundan başqa, Fələstin polis qüvvələrinin Qəzza zolağında yerləşdirilməsinə hazırlıq məqsədilə Misir və İordaniyanın onlara təlim keçəcəyi gözlənilir.


SON XƏBƏRLƏR