• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Rusiya ABŞ-nin tarif siyahısına daxil edilməyib

DÜNYA

03 Aprel 2025 | 13:17

Rusiya ABŞ-nin tarif siyahısına daxil edilməyib

Xəbər verdiyimiz kimi, Donald Tramp bir çox ölkədə vergi rüsumlarının rəqəmləri ilə bağlı vacib qərarlar qəbul edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın imzaladığı fərman ölkənin 185 ticarət tərəfdaşına tariflərin tətbiqini nəzərdə tutsa da, Rusiya bu siyahıya daxil edilməyib.

Ağ evin sözçüsü Karolin Livitt mövzu barədə "Axios"a açıqlamasında bildirib ki,  ABŞ-nin Rusiyaya qarşı sanksiyaları siyahıya daxil edilməyib, çünki bu addımlar ticarətə mane olur.

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, Rusiya ilə ABŞ arasında ticarət Ukrayna-Rusiya müharibəsindən əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. 

İki ölkə arasında 2021-ci ildə təxminən 36 milyard dollar olan ticarət həcmi 2024-cü ildə təxminən 3,5 milyard dollara düşüb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026