ABŞ-də Milli Əmək Təhlükəsizliyi İnstitutunun (NIOSH) demək olar ki, bütün əməkdaşları cümə günü işdən çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CBS telekanalı rəsmilərə və ixtisarlara məruz qalan işçilərə istinadən bildirilib.
"Milli Əmək Təhlükəsizliyi İnstitutunun demək olar ki, bütün qalan işçiləri cümə günü işdən çıxarılıb. Bu isə proqramların ləğvinə səbəb olub", - məlumatda qeyd olunub.
İnstitut ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) bölməsidir.
Tibb bacılarını, alimləri və inzibati işçiləri əhatə edən ixtisarlar yanğınsöndürənlər, mədən işçiləri üçün səhiyyə proqramları, həmçinin 11 sentyabr 2001-ci ildə törədilmiş terror aktı nəticəsində zərərçəkənlər üçün tibbi güzəştlər proqramına təsirsiz ötüşməyib.
CBS qeyd edir ki, hazırda yanğınsöndürmə xidməti işçilərinin aldığı xəsarətlərin araşdırılması üçün sorğular qəbul edilmir, həmçinin Texas məktəblərinə qızılcanın yayılmasının qarşısının alınması üçün kömək planı ləğv edilib.