Rusiya ilə Ukrayna arasında danışıqların 2-ci raundunun bu günə - iyunun 2-nə planlaşdırıldığı və İstanbuldakı Çırağan sarayında baş tutacağı barədə xəbər vermişdik.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. O, 2022-ci ilin yazında İstanbulda keçirilən danışıqlarda da ruslara rəhbərlik etmişdi.
Bugünkü iclasda Ukrayna tərəfini müdafiə naziri Rustem Umerov təmsil edəcək.
Moskva və Kiyev arasında son üç ildə danışıqların ilk raundu mayın 16-da baş tutub.
İstanbul danışıqları ərəfəsində iki ölkənin silahlı qüvvələri bir-birinə, o cümlədən PUA-larla müxtəlif hücumlar həyata keçirib.
Türkiyəli diplomatik mənbə öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanın İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda iştirak etmək niyyətində olduğunu bildirib.