Ermənistanda təhlükəsizlik qüvvələri “Taşir” şirkətinin mərkəzi ofisində axtarış aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS müxalif deputat Vardanyana istinadən məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri həbs olunan iş adamı Samvel Karapetyanın "Taşir" şirkətinin mərkəzi ofisində axtarış aparmağa başlayıb.
Qeyd edək ki, Ermənistan Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.
Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:
“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.
Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.