• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Bakıda bu restoranlar cərimələndi

CƏMİYYƏT

02 Iyul 2025 | 17:50

Bakıda bu restoranlar cərimələndi

Bakıda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Fidan” şadlıq sarayından, “Rahib”, “Sehirli Təndir”, “Qaynana” və “Kükü” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.


SON XƏBƏRLƏR

02 Iyul 2025