• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Rusiya XİN-dən Əhməd Hacıyevlə bağlı açıqlama

DÜNYA

02 Iyul 2025 | 18:00

Rusiya XİN-dən Əhməd Hacıyevlə bağlı açıqlama

“Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin guya saxlanılması ilə bağlı məlumat həqiqətə uyğun deyil”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Bildiyim qədərilə, “Lukoyl”un belə bir filialı belə yoxdur, nə də belə bir vəzifə və şəxs mövcuddur. Bax, bu da klassik saxtakarlıqdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya mediasında “Lukoyl”​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı və məhkəməyə aparıldığı barədə məlumat yayılıb.


SON XƏBƏRLƏR

02 Iyul 2025