• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Səs yazısı yayılan direktor müavininə XƏBƏRDARLIQ EDİLDİ

CƏMİYYƏT

02 Iyul 2025 | 20:31

Səs yazısı yayılan direktor müavininə XƏBƏRDARLIQ EDİLDİ

28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevanın vəzifəsindən sui-istifadə etməsi ilə bağlı səs yazısı yayılıb.

Bakıvaxtı.az "oxu.az"a istinadən xəbər verir ki, videoda direktor müavininin həmkarları ilə söhbəti zamanı qeyri-etik ifadələr və təhdidlərdən istifadə etdiyi aydın olur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, 28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevanın etik davranış qaydalarına zidd ifadələr səsləndirdiyi səs yazıları ilə bağlı araşdırma aparılıb: "İlahə Mirzəyeva ilə profilaktik söhbət keçirilib və gələcəkdə bu cür hallara yol verilməməsi barədə ona ciddi xəbərdarlıq olunub".


SON XƏBƏRLƏR

02 Iyul 2025