• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

İran-İsrail müharibəsi: Azərbaycandan uçan təyyarələrin sayı

İQTİSADİYYAT

03 Iyul 2025 | 00:30

İran-İsrail müharibəsi: Azərbaycandan uçan təyyarələrin sayı

İyunun 13-23-ü tarixlərində Azərbaycan hava məkanından ümumilikdə 10 838 uçuş qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azerbaijan Airlines” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyev CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) rəsmi platformasında dərc olunmuş məqaləsində bildirib.

"Bu uçuşların 8 207-si tranzit xarakter daşıyıb və regionda hava məkanlarının müvəqqəti bağlanması nəticəsində gündəlik orta hesabla 110 əlavə uçuş məhz Azərbaycan üzərindən həyata keçirilib. Bu artım təsadüfi deyil. 2024-cü ilin iyununda Azərbaycan üzərindən tranzit hərəkəti 2023-cü illə müqayisədə 20 % artıb. 2025-ci ilin iyun ayı üçün isə əlavə 13 % artım proqnozlaşdırılır", - F.Quliyev qeyd edib.


SON XƏBƏRLƏR

02 Iyul 2025