• Bakı 13° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Kredit qoyuluşlarının iqtisadi rayonlar üzrə bölgüsü açıqlanıb

İQTİSADİYYAT

01 Avqust 2025 | 15:35

Kredit qoyuluşlarının iqtisadi rayonlar üzrə bölgüsü açıqlanıb

Azərbaycan Mərkəzi Bankının 1 iyul 2025-ci il tarixinə olan statistik bülletenində kredit qoyuluşlarının iqtisadi rayonlar üzrə bölgüsü açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın rəsmi bülletenində öz əksini tapıb.

Qrafikdə təqdim olunan məlumata əsasən, regionlar arasında Abşeron-Xızı iqtisadi rayonu 17%-lik göstərici ilə ilk sırada yer alıb.

Daha sonra Mərkəzi Aran 13%, Gəncə-DaşkəsənLənkəran-Astara iqtisadi rayonları isə müvafiq olaraq 10% və 9% payla ardıcıl gəlir.

Qarabağ, Şəki-Zaqatala, Quba-Xaçmaz, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarının hər biri 7%-lik payla eyni göstəricini bölüşür. Mili-MuğanQazax-Tovuz iqtisadi rayonlarının hər biri 8%, Dağlıq Şirvan isə 5% payla təmsil olunur.

Ən aşağı göstərici isə Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir – bu bölgənin kredit qoyuluşlarında payı cəmi 0% olub.

Qeyd edək ki, təqdim olunan statistik göstəricilərə Bakı şəhəri daxil edilməyib. Bu, paytaxtın kredit portfelində xüsusi çəkisinin yüksəkliyi ilə izah olunur.

 


SON XƏBƏRLƏR

15 Noyabr 2025