• Bakı 36° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

"Amazon"un gəliri 13% artıb

İQTİSADİYYAT

01 Avqust 2025 | 14:35

Amazonun gəliri 13% artıb

Dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Amazon.com Inc" 2025-ci ilin ikinci rübündə gəlirini 13% artırıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, şirkətin yaydığı hesabatda yer alıb.

Hesabata görə, aprel-iyun aylarında şirkətin xalis gəliri 18,2 milyard dollar və ya hər bir səhm üçün 1,68 dollar təşkil edib. Nəticədə gəlir 13% artaraq 167,7 milyard dollara çatıb.

Həmçinin şirkətin əməliyyat mənfəəti bir il əvvəlki 14,7 milyard dollardan 19,2 milyard dollara yüksəlib. Mallar seqmentində gəlir 10,8% artaraq 68,2 milyard dollara, xidmətlər üzrə isə 15,1% artaraq 99,5 milyard dollara çatıb.

"Amazon Web Services" (AWS) bulud xidmətinin gəliri 17,5% artaraq 30,9 milyard dollara,  reklam biznesi gəlirini 23% artıraraq 14,9 milyard dollar proqnozla 15,69 milyard dollara çatdırıb.

"Amazon" üçüncü rübdə 174 milyard dollardan 179,5 milyard dollara qədər gəlir, 15,5 milyard dollardan 20,5 milyard dollara qədər əməliyyat mənfəəti proqnozlaşdırır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Avqust 2025